Azərbaycan Televiziyası HD formatına keçir

Azərbaycan Televiziyası HD formatına keçir
  16 Dekabr 2019    Oxunub:1803
“Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadalıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir”
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın növbəti iclasında deyib.

Onun sözlərinə görə, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb. Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq.

İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

Azvision.az



Teqlər: AzTV  





Xəbər lenti