Hakan Şükürün vəzifəsi əlindən alındı

Hakan Şükürün vəzifəsi əlindən alındı
  18 Dekabr 2013    Oxunub:924
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verən millət vəkili Hakan Şükürün Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Dopinq Araşdırma Komissiyasının mətbuat katibliyi vəzifəsinə də xitam verilib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.
Qanunvericiliyə əsasən, TBMM-dəki Dopinq Araşdırma Komissiyasında hakim partiyadan 10, Cümhuriyyət Xalq Partiyasından (CHP) 4 , Milliyətçi Hərəkat Partiyasından (MHP) isə 2 millət vəkili olmalıdır.

Yada salaq ki, dekabrın 16-sı axşam saatlarında sabiq futbolçu, millət vəkili Hakan Şükür Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. İstefaya səbəb hakim partiya tərəfindən özəl tədris kurslarının (“dərsanələr”in) bağlanması siyasətinin yürüdülməsi olub.

Məsələyə münasibət bildirən Baş nazir Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən də istefa verməyə çağırıb.


Teqlər:  





Xəbər lenti