Müxalifət Yanukoviçi satqın adlandırdı

Müxalifət Yanukoviçi satqın adlandırdı
  18 Dekabr 2013    Oxunub:1231
Ukrayna prezidenti Viktor Yanukoviçin rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşün əsas nəticələri məlum olub.

AzVision.az-ın məlumatına görə, görüşdən sonra çıxış edən Putin bəyan edib ki, Ukraynaya satılan qazın min kubmetri 406 dollardan 268,5 dollara endirilir. 34 faizlik güzəştin nə qədər qüvvədə olacağı qeyd edilməyib.

Moskva görüşünün başqa bir nəticəsi Rusiyanın Ukraynaya 15 milyard dollar güzəştli kredit vermək qərarıdır.

Ukrayna müxalifəti isə prezidentlərinin görüşünü, əldə edilən razılaşmanı etirazla qarşılayıb. Müxalifət lideri, UDAR Partiyasının rəhbəri Vitali Kliçko prezident Yanukoviçi Ukraynanın strateji obyektlərini girov qoymaq hesabına Rusiyadan sərmayə almaqda ittiham edib.

Azadlıq Partiyasının sədri Oleq Tyaqnibok Viktor Yanukoviçi Ukraynanın mənafelərini satmaqda günahlandırıb. Moskva razılaşmalarını biabırçılıq sayan Oleq Tyaqnibok “Viktor Yanukoviç bizi Rusiyanın quluna çevirmək istəyir” deyib.

“Batkivşina” müxalif hərəkatının lideri Arseni Yatsenyuk isə deyib ki, müxalifət Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasına zidd olan heç bir razılaşmanın parlamentdən keçməsinə imkan verməyəcək.


Teqlər:  





Xəbər lenti