UEFA Ermənistanı cəzalandıra bilər

 UEFA Ermənistanı cəzalandıra bilər
  17 Dekabr 2019    Oxunub:2132
UEFA Ermənistan Futbol Federasiyası (EFF) ətrafında davam edən qalmaqalla əlaqədar bu qurumu diskvalifikasiya edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə "Joqovurd" nəşri yazıb.

"Ermənistan Futbol Federasiyası ətrafındakı qalmaqal sakitləşmək bilmir. Birincisi, EFF-nin sabiq prezidenti Ruben Hayrapetyanın rəhbərliyi altında tikinti işləri zamanı oğurluq şübhəsi ilə bağlı cinayət işi açılıb.

Bundan əlavə, ölkənin güc strukturları indi bir il əvvəl EFF tərəfindən maliyyələşdirilən tikinti işləri, daha doğrusu federasiya prezidentinin müavinləri Armen Melikbekyan və ya Armen Nikoqosyanla maraqlanırlar”, - deyə nəşrin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, EFF prezidentinin seçilməsinin Ermənistanda güclü şəkildə siyasiləşdirilməsi və digər mənfi hallar barədə UEFA prezidenti Aleksandr Çeferinə məlumat verildiyindən federasiya bir neçə il müddətinə diskvalifikasiya oluna bilər: “Bir sözlə, federasiyadakı vəziyyət həm daxildə, həm də xaricdə gərgindir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Futbol  





Xəbər lenti