Əfqanıstanda növbəti partlayış: Ölənlər var

Əfqanıstanda növbəti partlayış:  Ölənlər var
  17 Dekabr 2019    Oxunub:1905
Əfqanıstanın şərqindəki Host əyalətində yol kənarında minanın partlaması nəticəsində ən azı 10 mülki şəxs həlak olub.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, partlayış bu gün səhər baş verib.

Ölənlər arasında üç uşaq və iki qadın var. Partlayış insanların cənazə mərasiminə getdiyi zaman törədilib.

Ölkənin Daxili işlər nazirliyinin nümayəndəsi Nasrat Rahimi hadisədə “Taliban” radikal qruplaşmasını günahlandırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti