Dünyanın ən varlı adamının sevimli kitabları: Qaradərili cütlük...

Dünyanın ən varlı adamının sevimli kitabları:  Qaradərili cütlük...
  17 Dekabr 2019    Oxunub:2789
Dünyanın ən zəngin insanları siyahısına rəhbərlik edən “Microsoft”un qurucusu Bill Qeyts 2019-cu ilin sevimli kitabları barədə danışb.

Azvision.az "Forbes"ə istinadən xəbər verir ki, iş adamı ilk sırada "Amerikan nikahı" kitabını qeyd edib. Həmin romanda Tayari Cons qaradərili cütlükdən bəhs edir.
"Bu hekayə mövzunun ağırlığına baxmayaraq, sizi tamamilə özünə cəlb edəcək ", - deyə Qeyts əlavə edib.

Bundan başqa, Qeyts Metyu Uolkerin “Niyə yatırıq?” kitabından da söz açıb. Biznesmen kitabın onu vərdişlərinə yenidən baxmağa vadar etdiyini vurğulayıb.

Milyarderin siyahısında, həmçinin ABŞ tarixi haqqında Cill Leporun "Bu, həqiqətlər", Diana Tavennerin "Hazırıq" əsərləri də var.

Qeyd edək ki, Bill Qeytsin sərvəti təxminən 110 milyard dollar civarında qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti