“Qarabağ” rekordu təkrarladı

“Qarabağ” rekordu təkrarladı
  17 Dekabr 2019    Oxunub:2049
Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu yubiley 2019/20 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Qurban Qurbanovun yetirmələri ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.

“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox - 158 oyunda buna nail olublar.

Azvision.az


Teqlər: Qarabağ   Rekord   Klub  





Xəbər lenti