Zelenskinin xanımı Bakıdan paylaşım etdi - FOTO

 Zelenskinin xanımı Bakıdan paylaşım etdi -  FOTO
  17 Dekabr 2019    Oxunub:3955
Prezident Vladimir Zelenskini Azərbaycana rəsmi səfərində müşayiət edən Ukraynanın birinci xanımı Yelena Zelenskaya "İnstaqram" səhifəsində Bakıdan foto paylaşıb.
Azvision.az xəbər verir ki, foto xanım Zelenskayanın Ukrayna Prezidenti ilə birlikdə təyyarədən düşdükləri zaman çəkilib. Zelenskaya fotoya “Azərbaycana gəldik” sözlərini əlavə edib.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti xanımı ilə birlikdə Azərbaycana rəsmi səfərə gəlib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  






Xəbər lenti