Fransua Oland Ermənistana gedəcək

Fransua Oland Ermənistana gedəcək
  18 Dekabr 2013    Oxunub:2938
Fransa prezidenti, Serj Sarkisyanın dəvətilə Yerevana səfər edəcəyini təsdiq edib.
AzVision. az erməni mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Oland 2014-cü ili may ayında Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Yerevana səfər edəcək. Erməni mətbuatı yazır ki, bu məlumatı F. Oland, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının nümayəndələri Murad Papazyan, Ara Toranyan və Aleksis Qovciyanla görüşündə də təsdiq edib.

Fransa prezidentinin ermənilərlə 2015-ci ildə “erməni genosidinin” 100 illiyi münasibətilə keçiriləcək tədbirlərə hazırlıq məsələlərini müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, sonuncu dəfə Fransa prezidentinin Ermənistana səfəri 2011-ci ildə (Nikola Sarkozinin dövründə) baş tutub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti