“Bloomberg” 5 milyon avro cərimələndi

“Bloomberg” 5 milyon avro cərimələndi
  17 Dekabr 2019    Oxunub:3965
Fransa hakimiyyəti Paris birjasında yalan məlumat yaydığına görə “Bloomberg” xəbər agentliyini 5 milyon avro məbləğində cərimələyib.
Azvision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatı ölkənin ən böyük tikinti korporasiyası “Vinçi” şirkətinə məxsus hissələrin dəyərinin düşməsinə səbəb olub.

Qeyd olunub ki, bu hadisə 22 noyabr 2016-cı ildə baş verib və nəticədə şirkətin səhmləri 18.28% aşağı düşüb.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti