Zelenski Bakıda ərzaq mağazasında: “Məhsullar dadlıdır” (FOTO)

Zelenski Bakıda ərzaq mağazasında:  “Məhsullar dadlıdır” (FOTO)
  17 Dekabr 2019    Oxunub:5423
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda ərzaq mağazasına baş çəkib.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” səhifəsində paylaşım edib. O, Ukrayna məhsullarının satıldığı mağazada olduğunu bildirib.

"Ukrayna məhsulları dadlıdır! Pendirlərimiz, qatıqlarımız, kolbasa və şirələrimiz Bakının mərkəzində satılır. Yerli iş adamının artıq on bir Ukrayna məhsulları mağazası var. Tezliklə şəbəkəni genişlənməyi planlaşdırır, həmçinin Ukrayna restoranı da açacaq", - deyə Prezident yazıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zelenski   Ukrayna  






Xəbər lenti