İlham Əliyevlə bağlı kitabın təqdimatı oldu

İlham Əliyevlə bağlı kitabın təqdimatı oldu
  18 Dekabr 2013    Oxunub:1145
Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)” kitabının təqdimat mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, tədbirdə Prezident Admistirasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin Sədr müavini Bahar Muradova, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak edir.

Kitabda Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin son 5 illik dövrünün xronikası: rəsmi qəbul, xarici və regional səfərlərinin icmalı və təhlili, habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə çoxsaylı görüşləri, müxtəlif məruzə, nitq, çıxış və müsahibələri geniş və ətraflı şəkildə öz əksini tapıb.

Təhsil Nazirliyi tərəfindən dərd vəsaiti kimi tövsiyyə olunan kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehtiyev, rəyçisi tarix elimləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elimlər doktoru, professor Elman Nəsirov, siyasi elimlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Prezident Admnistrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, İham Əliyev hər bir çıxışında Heydər Əliyev varisinin nümayəndəsi olduğunu qeyd edib. Heydər Əliyevin ən müdrik addımı “Əsrin müqaviləsi”nin imzalaması oldu. Bu siyasi proyekt idi. Dünən imzalanan kontrakt nəyinki Azərbaycana işıq verdi, hətta başqa dövlətlərə də istilik və işıq verdi. Azərbaycan xalqının mənəvi irsini özünə qaytardı. Etiraf eləməliyik ki, bugünkü Azərbaycan başqa Azərbaycandı.

Prezident Admnistrasiyasının icimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, artıq hamı üçün bəllidir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ilə bərabər, dövlət idarəçilik təlimini də bizə bəxş edib. Heydər Əliyevin idarəçilik təlimi ilk növbədə xalqın milli iradəsinə söykənib: "Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərdən biri xalqın iradəsi hüquqi dövlət və qanunçuluğa söykənməsidir. O demokratiya Siyasi plürazmini irəli sürdü. Onun əsas prinsiplərindən biri də effektli dövlət yaratmaq idi. Əhali bu dövlətin siyasətiylə razıdırs, deməli idarəçilikdə normal vəziyyətdədir. İlham Əliyev Heydər Əliyev siyasətini novatorluq səviyəssində davam etdirir."

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti