Putinlə Ərdoğan Liviyanı müzakirə edəcək

Putinlə Ərdoğan Liviyanı müzakirə edəcək
  17 Dekabr 2019    Oxunub:2074
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, dövlət başçıları Liviyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə edəcəklər.

“Moskva Liviyada qan tökülməsinin dayandırılmasının, müharibə edən tərəflər arasında birbaşa təmasların aparılmasının tərəfdarıdır və böhrandan çıxış yolu tapmaq baxımından istənilən beynəlxalq səyləri və ayrı-ayrı ölkələrin sülhün əldə edilməsi istiqamətində atacağı addımları dəstəkləyir”.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti