2020-ci il üçün İslam Mədəniyyətinin paytaxtları

2020-ci il üçün İslam Mədəniyyətinin paytaxtları
  18 Dekabr 2019    Oxunub:3265
Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin XI konfransı çərçivəsində “Tunis İslam mədəniyyəti paytaxtı - 2019” ilinin bağlanış tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Salim bin Məhəmməd əl-Malik, üzv dövlətlərin Mədəniyyət nazirləri və nümayəndə heyətləri bağlanış tədbirində iştirak ediblər.

Tunisli nazir Məhəmməd Zeyn əl-Abidin çıxış edərək “Tunis İslam mədəniyyəti paytaxtı- 2019” ili çərçivəsində görülən işlərdən danışıb.

Bildirilib ki, ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün İslam mədəniyyəti paytaxtları elan edilib.

Azvision.az



Teqlər: İslam   Tunis   Paytaxt  





Xəbər lenti