Qırğızıstan-Tacikistan sərhədində münaqişə: 200 nəfər davaya qarışdı

Qırğızıstan-Tacikistan sərhədində münaqişə:  200 nəfər davaya qarışdı
  18 Dekabr 2019    Oxunub:2647
Tacikistan və Qırğızıstan sərhədində 200 nəfərin iştirakı ilə münaqişə baş verib.
Azvision.az xəbər verir ki, sərhəd bölgələrinin sakinləri bir-birilərinə daş atıblar.

"Bu gün səhər saat 09.30-da Kok-Taş kəndində Qırğızıstan və Tacikistan vətəndaşları arasında şiddətli qarşıdurma yaşanıb. Təxminən 80 Qırğızıstan vətəndaşı və 100-dən çox Tacikistan vətəndaşı bir-birilərinə daş atmağa başlayıblar”, - deyə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Hadisə yerinə dərhal sərhəd nümayəndələri, regional idarələrin rəhbərləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onlar insanları sakitləşdirə biliblər. Münaqişə nəticəsində xəsarət alan olmayıb. Səbəb kimi qırğız vətəndaşının taciklər tərəfindən döyülməsi göstərilib.

Qırğızıstan-Tacikistan sərhəddində vaxtaşırı yerli əhali arasında münaqişə baş verir. Qarşıdurma əsasən dövlətlər arasındakı sərhədin müəyyən edilməmiş hissəsində olur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti