Consondan nazirlərə Davos qadağası

 Consondan nazirlərə Davos qadağası
  18 Dekabr 2019    Oxunub:2481
Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərin gələn il yanvarın 21-dən 24-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumuna (WEF) qatılmasını qadağan edib.
Azvision.az “The Guardian”a istinadən xəbər verir ki, qadağaya səbəb seçicilər arasında partiyanın mövqeyini gücləndirməkdir.

Conson özü də Davos İqtisadi Forumunda iştirakdan imtina edib. Məlumata görə, Baş Nazir Britaniya xalqının prioritetlərinə diqqət yetirmək istəyini dilə gətirib.

"Əsas diqqət 31 yanvar tarixinə qədər Britaniyanın Avropa İttifaqından çıxma ehtimalına və ölkənin milli səhiyyə sistemindəki vəziyyətin təmin edilməsinə yönəldiləcək. Biz Britaniya xalqına Davos səfərini deyil, bunu vəd etdik", -Conson deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Baş-Nazir   Conson   Davos  





Xəbər lenti