Suriyanın XİN rəhbəri Moskvaya gedir

  18 Dekabr 2019    Oxunub : 1650
Suriyanın XİN rəhbəri Moskvaya gedir
Suriyanın Baş nazirinin müavini, xarici işlər naziri Valid Muallem gələn həftə Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilbi ki, hazırda nazirin səfərinə hazırlıq gedir.

Daha əvvəl Suriyaya səfər edən Rusiya Baş nazirinin müavini Yuri Borisov Muallemlə görüş keçirib. Bu ilin sonuna qədər Rusiya-Suriya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Suriya   XİN