Girovların qaytarılması ilə bağlı iş aparılır - Zaxarova təsdiqlədi

Girovların qaytarılması ilə bağlı iş aparılır -  Zaxarova təsdiqlədi
  18 Dekabr 2019    Oxunub:4439
"Əgər Azərbaycan və Ermənistan arasında saxlanılan şəxslərin gələcək mübadiləsi ilə bağlı razılıq əldə olunarsa, Rusiya bunu dəstəkləyəcək".
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Rusiya XİN rəsmisi bildirib ki, cari ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə ölkələrinə qayıdıblar:

"Biz bu vacib aksiyanı alqışlayırıq və bunu həbsdə olanların vəziyyətinin yaxşılaşdırılmasında ilk addım kimi görürük. Digər saxlanılanlarla bağlı da iş gedir. Əgər razılıq əldə olunsa, şübhəsiz ki, bunu dəstəkləyəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti