DSX 3 balıqçını xilas edib

DSX 3 balıqçını xilas edib
  18 Dekabr 2013    Oxunub:1163
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qış fəsli ilə əlaqədar Xəzər dənizində meteoroloji şəraitin dəyişkənliyini nəzərə alaraq balıqçıların fəaliyyətinə nəzarəti gücləndirib.

Bu barədə AzVision.az-a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, balıqçıların bəzi hallarda hava şəraitini nəzərə almamaları, yaxud nasaz üzmə vasitələrində dənizə çıxmaları təhlükəli vəziyyət yaradır. Belə vəziyyətlərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları xilasetmə əməliyyatları həyata keçirərək vətəndaşların həyatlarını təhlükədən qurtarırlar.

“Son vaxtlar sərhədçilər tərəfindən iki uğurlu xilasetmə əməliyyatı keçirilib. Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqda dənizə çıxıb və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Köçəriyev Mənsim Çərkəz oğlu, Astara rayonunun Kələdəhnə kəndinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində sahildən 4 mil aralıda qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən həyatları təhlükə altına düşmüş Dadaşov Tural Səlis oğlu və Məmmədov Kərim Abdulla oğlu sərhədçilərin keçirdikləri xilasetmə tədbirləri nəticəsində qayıqla birlikdə sahilə çıxarılıblar”-deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti