“El-Klassiko” qolsuz heç-heçə ilə başa çatdı - VİDEO

“El-Klassiko” qolsuz heç-heçə ilə başa çatdı -  VİDEO
  19 Dekabr 2019    Oxunub:4812
Futbol üzrə İspaniya La Liqasında 10-cu turdan təxirə salınmış oyun keçirilib.
Azvision.az xəbər verir ki, futbolsevərlərin diqqətlə izlədiyi matçda çempionluğa iddialı iki klub - “Barselona” və “Real Madrid” üz-üzə gəliblər. Gərgin hücumlarla yadda qalan “El-Klassiko”da qapılara qol vurulmayıb. Komandalar heç-heçə ilə meydandan ayrılıblar.

Qeyd edək ki, komandalar indiyədək 275 dəfə qarşılaşıblar. Görüşlərdən 115-də “Barselona”, 99-da “Real Madrid” qalib gəlib, 61 matçda heç-heçə ediblər.



Azvision.az




Teqlər: Barselona   Real-Madrid  





Xəbər lenti