Nümayəndələr Palatası Trampa qarşı impiçmenti təsdiqlədi

Nümayəndələr Palatası Trampa qarşı impiçmenti təsdiqlədi
  19 Dekabr 2019    Oxunub:2890
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iki maddə üzrə impiçment edilməsinə səs verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunlar "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresin fəaliyyətinə mane olmaq" maddələridir. 230 konqresmen Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırmağın lehinə səs verib, 197 nəfər buna qarşı çıxıb, bir nəfər bitərəf qalıb.

Belə ki, demokratlar tərəfindən təmsil olunan parlament çoxluğu impiçmentin lehinə səs verib, respublikaçılar isə buna qarşı çıxıblar.

İkinci maddəyə 229 nəfər səs verib, 198 konqresmen qarşı çıxıb, bir nəfər bitərəf qalıb.

Bundan sonra məsələyə Senat baxacaq. Lakin Konqresin yuxarı palatasında respublikaçılar çoxluq təşkil edirlər və onlar Trampı impiçment etmək niyyətində deyillər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti