Konqres rəsmi Kiyevi hədələdi
Layihədə Ukrayna hökuməti küçələrdə nümayişə çıxan vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırılır. Bununla yanaşı, Enqel hesab edir ki, “nümayişlərin dağıdılması zamanı güc tətbiq edən və belə bir əmr verənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını olduqca vacibdir”.
Layihədə həmçinin qeyd olunur ki, ABŞ və Avropa İttifaqı Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirəcək: onlar Ukrayna xalqının Avropa ilə yaxınlaşma istəklərini alqışlayır və Aİ ilə Assosasiya Razılaşması imzalanmasını dəstəkləyəcəklər. Əgər yerli hökumət nümayişçilərə qarşı zor tətbiq etməyə davam edərsə, nümayəndələr palatası müvafiq əmrləri verənlərə qarşı ünvanlı sanksiyalar tətbiq edəcək.
Səbinə Həsənova