Ermənistanda uşaq oğurluğuna görə baş həkim tutulub

Ermənistanda uşaq oğurluğuna görə baş həkim tutulub
  19 Dekabr 2019    Oxunub:2521
Ermənistanın Doğum və Ginekologiya İnstitutunun direktoru Razmik Abrahamyan qeyri-qanuni övladlığa götürmə ilə bağlı həbs edilib.
Azvision.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, həbs qərarı əcnəbilərə qanunsuz olaraq övladlığa uşaq verilməsi işinin istintaqı çərçivəsində qəbul edilib.

İş materiallarına görə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, Abramyan və silahdaşları qanunsuz olaraq yeni doğulmuş uşaqları götürüblər. Onlar valideynlərə uşaqların doğuş zamanı öldüklərini deyiblər.

Abramyanla yanaşı, onun müavini Arşak Cerceryan, həmçinin İrəvan Uşaq Evi dövlət təşkilatının direktoru Liana Karapetyan da saxlanılıb.

Xatırladaq ki, noyabrın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidməti 30-dan çox erməni uşağın qanunsuz olaraq İtaliya vətəndaşlarına övladlığa verilməsini aşkarlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti