Lavrov İran məsələsinə aydınlıq gətirdi

Lavrov İran məsələsinə aydınlıq gətirdi
  18 Dekabr 2013    Oxunub:1280
Lavrov: “İranla “altılıq” ölkələri arasında nüvə sahəsində əldə olunan razılaşma Avropada Hava Hücumundan Müdafiə Sisteminin yaradılması ehtiyacını yox edir”.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasına “hökumət saatı” çərçivəsində suallara cavab verib. O bildirib ki, İranın raket təhlükələrinə qarşı ABŞ-ın Şərqi Avropada Hava Hücumundan Müdafiə Sistemini yaratmaq niyyəti artıq lüzumsuzdur. Lavrovun fikrincə, İranla nüvə proqramı sahəsində əldə edilən razılıq bu sahədəki narahatçılığı heçə endirir.

“Hesab edirəm ki, İran nüvə proqramı ilə bağlı bir çox məsələlərin qapanması ABŞ-ın Avropada Raket əleyhinə müdafiə sistemi qurmaq konsepsiyasına öz təsirini göstərməlidir. İranla əldə olunan razılıq Hava Hücumundan Müdafiə Sisteminin qurulmasını lüzumsuz edur.

Suriya mövzusuna da toxunan Lavrov hökumət arsenalındakı kimyəvi silah ehtiyatlarının məhvində yeni mərhələ başlandığını bildirib.

“Suriyadakı kimyəvi silah arsenalının beynəlxalq nəzarətə verilməsi və sonrakı məhv olunma prosesi qrafikə uyğun şəkildə davam etdirilir. Tezliklə başlanacaq ikinci mərhələdə biz bir çox ölkələrlə birgə daha çətin tapşırıqları icra edəcəyik”. Kimyəvi silahın məhvi məqsədilə ikinci mərhələnin artıq təsdiqləndiyini bildirən Lavrov ölkəsinin Suriyadakı böhranın siyasi müstəvidə həllinə tərəfdar olduqlarını vurğulayıb.

Ukrayna ilə Rusiya prezidentlərinin ötən günkü razılaşmasına münasibət bildirən rus nazir Qərb ölkələrinin Ukraynaya təzyiqlərini pisləyib.

“Ötən gün Moskvada əldə olunan razılığa baxmayaraq. Bəzi Avropa ölkələrinin Ukraynaya açıq-aşkar təzyiq göstərmək siyasəti təəccüb doğurur”. Ukraynanın suverenliyinə hörmətlə yanaşdıqlarını bildirən Lavrov Ukraynanın yaranmış problemlərini hüquqi çərçivədə həll edəcəyinə və öz müstəqil qərarını verəcəyinə ümidini ifadə etdi.

Gürcüstanla münasibətlərə gəlincə Lavrovun sözlərinə görə, Rusiya bu ölkə ilə viza rejiminin ləğvinə hələ hazır deyil.

“Biz insanlar arasında ünsiyyətin tərəfdarıyıq. Rusiya hələ vizasız rejimə keçməyə hazır deyil. Amma vizaların, xüsusilə humanitar səfərlər üçün, mədəni mübadilə və qohumların qovuşması üçün tələb olunan xüsusi vizaların verilməsini asanlaşdırıb”.

Bundan başqa, Rusiya Xarici İşlər naziri NATO ilə KTMT arasında narkotraffik sahəsdində əməkdaşlığın olmamasını təəssüfləndirici hal kimi dəyərləndiridi. Rəsmi Vaşinqtonun “Maqnitski siyahısı” çərçivəsində genişləndirmək niyyətini isə Lavrov “ABŞ və Rusiya münasibətlərində əlavə qıcıq yaradan” proses olduğunu əlavə edib.

Sonda Avropa Birliyi ilə Rusiya arasında müəyyən gərginlik olduğunu etiraf edən Lavrov bununla belə nikbin olduğunu dilə gətirib. “Şübhəsiz ki, biz Avropa Birliyi ilə dialoqda müəyyən çətinlik hiss edirik. Bu ilk növbədə Avropa Birliyinin vizasız rejimlə bağlı razılaşmanı siyasiləşdirmək cəhdləri ilə bağlıdır. Lakin biz ümidliyik ki, gələn ay Brüsseldə başlayacaq Avropa Birliyi-Rusiya sammitində müəyyən irəliləyişlərə nail ola biləcəyik”- deyə Lavrov fikrini yekunlaşdırıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti