Tramp impiçment barədə: “Bu, demokratların intiharıdır”

Tramp impiçment barədə:  “Bu, demokratların intiharıdır”
  19 Dekabr 2019    Oxunub:2697
ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının impiçmentlə bağlı qərarını Demokrat Partiyasının siyasi özünüqəsdi adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri Mçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Avara demokratlar Amerika seçicilərinə açıq nifrətlərini bildirirlər. Bu, qanunsuz və qərəzli impiçment Demokrat Partiyasının siyasi intiharıdır”, - deyə Tramp əlavə edib.

Onun sözlərinə görə, demokratlar Nümayəndələr Palatasında on milyonlarla Amerika vətəndaşının səslərini ləğv etməyə çalışırlar.

Xatırladaq ki, Nümayəndələr Palatası iki maddə üzrə Trampın impiçment edilməsinə səs veriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  






Xəbər lenti