İl ərzində 110 jurnalist öldürülüb

İl ərzində 110 jurnalist öldürülüb
  18 Dekabr 2013    Oxunub:1084
Bu barədə “Sərhədsiz reportyorlar” təşkilatı, illik hesabatında məlumat verib.
AzVision.az “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının yaydığı hesabata istinadən xəbər verir ki, 2013-cü ilin geridə qalan dövründə dünyanın müxtəlif nöqtələrindəki 110 jurnalist həlak olub.

Hesabatda xüsusən jurnalistlərin oğurlanması hallarının son ildə 2 dəfə artdığı göstərilir. Peşə fəaliyyətlərini icra edən jurnalistlərə qarşı hədə-qorxu hallarının da 9% artaraq 2160-a çatdığı bildirilir.

“Sərhədsiz reportyorlar” 2013-cü ilin müvafiq dövründə 71 peşəkar jurnalistin və 39 mülki blogger və jurnalistin öldürüldüyünü xəbər verir. “Ümumilikdə, jurnalistlərin dünyadakı fəaliyyət prosesi təhlükəsizlik baxımından yaxşılaşmayıb” – deyə təşkilatın rəsmi nümayəndəsi Astrid Froloff qeyd edir.

Hesabatda Pakistan, Somali, Fillipin, Suriya və Hindistan jurnalistlər üçün ən təhlükəli ölkələr sırasında ön pillələri tutublar.

Bundan başqa, 178 jurnalist öz peşə fəaliyyətinə görə həbsxanalarada cəza çəkir. Bu sahədə liderlik isə Çin, Eritreya, Suriya, Türkiyə və İrana məxsusdur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti