Paşinyanın iqamətgahı qarşısında intihara cəhd

  19 Dekabr 2019    Oxunub : 1846
Paşinyanın iqamətgahı qarşısında intihara cəhd
Ermənistan Nazirlər Kabinetinin növbəti iclasının keçirildiyi binanın yaxınlığında Soqoman Xostikyan adlı bir şəxs boğazını kəsərək intihar edəcəyini bildirib.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, o, baş nazir Nikol Paşinyanla görüş tələb edərək, boğazına bıçaq dirəyib və özünə qəsd edəcəyini vurğulayıb.

Soqomanın qardaşları 2014-cü ildə oğurluq etdiklərinə görə, 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onun sözlərinə görə, müstəntiqlər qardaşlar üzərindən ittihamı götürmək üçün anasından 20 min dollar tələb ediblər. Xostikyan qardaşlarına qarşı işin uydurma olduğunu deyərək, ədalətli məhkəmə araşdırmasını tələb edib.

“Nikol Paşinyan yürüşə başlayanda, onunla İcevanda görüşdüm. Mənə dedi ki, hər şey yaxşı olacaq. Ancaq bu gün problemimiz həll olunmur, bütün orqanlara müraciət etmişəm, cavab yoxdur ", - Xostikyan deyib.

Aksiya müddətində hökumət nümayəndələrindən heç kim ona yaxınlaşmayıb.

Qeyd edək ki, daha sonra o, boynunu kəsib və təcili yardımla xəstəxanaya çatdırılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan