
2 yanvar - Danimarkada qatar qəzasında 8 nəfər ölüb, 16- nəfər yaralanıb.

14 yanvar - İranda yük təyyarəsi qəzaya uğrayıb. Nəticədə 15 nəfər həlak olub.

18 yanvar – Meksikanın Hidalqo ştatında neft kəmərində partlayış 124 nəfərin həyatına son qoyub.

21 yanvar – Kerç boğazında iki gəmi arasında yanacaq mübadiləsi aparılarkən partlayış qeydə alınıb. Nəticədə 14 nəfər ölüb.

25 yanvar – Braziliyanın Minas Gerais ştatında dəmir filizi mədəninin çökməsi nəticəsində 212 nəfər həlak olub, 182 nəfər itkin düşüb.

20 fevral – Banqladeşin paytaxtı Dəkkədə baş verən yanğında 80-dən çox insan həlak oldu.

27 fevral - Misirin paytaxtı Qahirədə baş vermiş qatar qəzasında 27 nəfər ölüb.

4 mart – ABŞ-ın Alabama ştatında baş vermiş qasırğa nəticəsində 23 nəfər həlak olub.

16 mart – İndoneziyanın Papua əyalətində qeydə alınan sel fəlakətində 113 sakin ölüb.

22 mart – Dəclə çayında qayığın batması 103 nəfərin ölümü ilə nəticələnib.

23 mart – Çinin Jianqsu əyalətində kimya zavodunda baş verən partlayışda 78 nəfər ölüb.

30 iyul – Pakistanın Ravalpindi şəhərində hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 17 hərbçi həlak olub.

2 sentyabr – ABŞ-ın Santa Kruz adası sahillərində gəmidə yanğın olub, 34 nəfər facəvi şəkildə həyatını itirib.

12 sentyabr – Konqo Demokratik Respublikasında qatar qəzası nəticəsində 50 nəfər ölüb.

18 sentyabr - Liberiyada məktəblərdən birində baş vermiş yanğın zamanı 27 uşaq həlak olub.
Elvin Abdulqədirov
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


