Rusiyada miqrantların öz mobil operatoru olacaq

Rusiyada miqrantların öz mobil operatoru olacaq
  18 Dekabr 2013    Oxunub:1288
Rusiyada işləyən miqrantlar üçün xüsusi mobil operatoru yaradıldı
Gələn yazdan etibarən Rusiyada istifadəyə veriləcək yeni virtual mobil operator qastarbayterlərə öz vətənlərinə ucuz qiymətə zəng etmək və mobil internetdən ən aşağı tariflərə istifadə imkanı verəcək. AzVision.az bu barədə rus mətbuatına istinadən xəbər verir. Rusiyada Regionlararası Tranzit Telekom Şirkətinin (RTT)direktoru Yevqeniy Vasilyevin sözlərinə görə, layihə 75 % Moskva və Moskva ətrafı ərazilərdə həyata keçiriləcək.

Birinci il operatora 100 min abonent qoşulacaq. Virtual Operatorun öz tezliyi olmadığından MTC-in xidmətlərindən yararlanacaq.

Şirkətin hesablamalarına əsasən hər bir istifadəçindən orta hesabla 320 rubl gəlir əldə olunması planlaşdırılıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti