İrəvanda hərbi komissarlığın döşəməsi çöküb - Yaralılar var

 İrəvanda hərbi komissarlığın döşəməsi çöküb -   Yaralılar var
  19 Dekabr 2019    Oxunub:2661
Ermənistanın paytaxtı İrəvanda hərbi komissarlığın yerləşdiyi binanın döşəməsi çöküb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə binanın birinci mərtəbəsində baş verib. Döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: İrəvan  






Xəbər lenti