PKK-da parçalanma davam edir

PKK-da parçalanma davam edir
  20 Dekabr 2019    Oxunub:2166
PKK terror təşkilatında parçalanmalar davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalındakı düşərgələrdən qaçan daha iki PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki məntəqədə təslim olub: "Beləliklə, son bir həftə ərzində ölkə xaricindəki PKK terror təşkilatından qaçaraq təslim olan terrorçuların sayı 10-a çatıb".

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli antiterror əməliyyatları nəticəsində PKK terrorçuları təslim olmağa davam edirlər.

Azvision.az



Teqlər: PKK  





Xəbər lenti