Moskvanın mərkəzində atışma - Ölən və yaralılar var

   Moskvanın mərkəzində atışma -    Ölən və yaralılar var
  20 Dekabr 2019    Oxunub:3471
Moskvanın mərkəzində silahlı insident baş verib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Lubyanka rayonunda naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb, biri həlak olub.
Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, cinayətkar hadisə yerində zərərsizləşdirilib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.



Bundan əlavə, qeyd edilib ki, güllə yarası alan şəxslərdən ikisi xüsusi xidmət orqanının əməkdaşıdır. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

İnsidentlə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Lubyanka küçəsində nəqliyyatın hərəkəti dayandırılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Rusiya   Moskva  





Xəbər lenti