Toqquşan "Mercedes"lərlə bağlı rəsmi məlumat

Toqquşan "Mercedes"lərlə bağlı rəsmi məlumat
  13 Mart 2013    Oxunub:1171
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Nərimanovdakı qəza ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, martın 12-də saat 21.20 radələrində Nərimanov rayonu ərazisində, Biləsuvar rayon sakini Rəşad Məmmədovun idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Elşən Əliquliyevin idarə etdiyi "Mercedes" və Abşeron rayon sakini Balakərim Ağayevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.

Nəticədə, R. Məmmədovun sərnişini Rahim Mirzalıyev hadisə yerində ölüb, xəsarət alan hər 3 sürücü və B. Ağayevin sərnişini, onun qardaşı Nadir isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Mirvari


Teqlər:  





Xəbər lenti