Stiven Biqan birinci müavin vəzifəsinə təsdiqləndi

Stiven Biqan birinci müavin vəzifəsinə təsdiqləndi
  20 Dekabr 2019    Oxunub:2113
ABŞ Konqresinin Senatı Stiven Biqanı dövlət katibinin birinci müavini vəzifəsinə təsdiqləyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Biqanın təyinatını 90 senator dəstəkləyib, üç nəfər əleyhinə olub. ABŞ-ın dövlət katibi Mayk Pompeo onu “Twitter”də təbrik edib.

Biqan bu vəzifədə senatorların daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiq etdikləri Con Sallivanı əvəz edəcək.

Qeyd edək ki, bundan əvvəl Biqan ABŞ-ın Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndəsi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Biqan  





Xəbər lenti