İlham Əliyev Putinin dəvətilə Rusiyaya gedir

  20 Dekabr 2019    Oxunub : 2907
İlham Əliyev Putinin dəvətilə Rusiyaya gedir
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.

Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin görüşə qatılacağı gözlənilir. Səfər çərçivəsində dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşü də nəzərdə tutulub.
Xatırladaq ki, Rusiya Prezidenti bu ilin oktyabr ayında Avrasiya İttifaqı İqtisadi Şurasına daxil olan MDB ölkələrinin liderlərini qeyri-rəsmi sammitə dəvət edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev