Futbol Federasiyasının prezidenti qəzada ölüb

  20 Dekabr 2019    Oxunub : 2082
Futbol Federasiyasının prezidenti qəzada ölüb
Rusiyada Mordoviya Muxtar Respublikası Futbol Federasiyasının prezidenti Aleksandr Yaşkov yol qəzasında dünyasını dəyişib.
Azvision.az "Life" portalına istinadən xəbər verir ki, Aleksandr Yaşkovun idarə etdiyi avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində A.Yaşkov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda qəzanın baş vermə səbəbi araşdırılır.

Federasiyaya müvəqqəti prezident hələlik təyin olunmayıb.

Azvision.az

Teqlər: Rusiya