Məhkəmə Koçaryanı yenə həbsdə saxladı

  20 Dekabr 2019    Oxunub : 1355
Məhkəmə Koçaryanı yenə həbsdə saxladı
Ermənistanın Apellyasiya məhkəməsi sabiq prezident Robert Koçaryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin müraciətini yenidən rədd edib.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Koçaryan 2008-ci il martın 1-də 10 nəfərin öldüyü iğtişaşlarda, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Sabiq prezident özü bu ittihamların uydurma siyasi təqib olduğunu deyib.

Koçaryan hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koçaryan