Tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

Tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək
  20 Dekabr 2019    Oxunub:2776
Azərbaycanda ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün qarşıya qoyulan əsas məqsəd ölkədə ekoloji ekspertizanın obyekti olan bütün tikinti, istehsalat və digər layihələr açıq şəkildə, ictimaiyyətin və maraqlı tərəflərin iştirakı ilə qiymətləndirilməsidir:

"Ona görə də artıq bir neçə müddətdir ekoloji rəy üçün təqdim olunan bütün layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ayda 1 dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur. Dinləmələrdə layihə təqdim edən tərəflər, ərazi üzrə icra, bələdiyyə qurumları, QHT nümayəndələri, ekspertlər, həmin ərazinin sakinləri və media təmsilçiləri iştirak edir. Bundan sonra ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək. Bizim vəzifə borcumuz, əhəmiyyətindən asılı olmayaraq rəyə göndərilən bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir".

Aytən Zəhra
Azvision.az







Teqlər: ETSN   İctimaidinləmə   Layihə  





Xəbər lenti