Paşinyan Putinə qarşı hörmətsizlik etdi

  20 Dekabr 2019    Oxunub : 3763
 Paşinyan Putinə qarşı hörmətsizlik etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında rəsmi protokol qaydalarını kobud şəkildə pozub.
Azvision.az xəbər verir ki, Paşinyan iclasda ev sahibi qismində Rusiya Prezidenti Vladimir Putinə söz vermək əvəzinə dərhal sənədləri imzalamağı təklif edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Putinin çıxış etməli olduğunu xatırladıb. Bu məqamda Rusiya lideri çıxışdan imtina edib. Paşinyanın Putinə qarşı hörmətsizliyə yol verməsi sosial şəbəkələrdə ciddi tənqid olunub.

Azvision.az

Teqlər: Paşinyan   Putin