Azərbaycan kubokunda yarımfinalçılar məlum oldu

Azərbaycan kubokunda yarımfinalçılar məlum oldu
  21 Dekabr 2019    Oxunub:2959
Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Azvision.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. Belə ki, "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti mərhələyə vəsiqə qazanıb.

Günün son görüşündə "Qarabağ" və "Keşlə" üz-üzə gəlib. İlk görüşdə (1:0) rəqibindən üstün olan Ağdam təmsilçisi cavab matçında 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt", "Qarabağ", "Qəbələ" və "Zirə" komandaları mübarizə aparacaqlar.

Azvision.az


Teqlər: Kubok   Yarış  





Xəbər lenti