“ASAN” rəhbərindən Leyla Əliyevaya təşəkkür - FOTOLAR

“ASAN” rəhbərindən Leyla Əliyevaya təşəkkür - FOTOLAR
  18 Dekabr 2013    Oxunub:2332
“IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Beynəlxalq Ekologiya Təşkilatı olaraq “ASAN”la daim əməkdaşlıq etmək niyyətindəyik. UNİCEF-lə əməkdaşlığımız isə bundan sonra da sıx olaraq davam edəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri IDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova UNİCEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi ilə əlaqədar “ASAN” Xidmət mərkəzində keçirilən sərgidə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İDEA-nın bütün fəaliyyəti gənclərlə bağlıdır:

“2014-cü ildə IDEA-nın uşaqlarla bağlı daha bir layihəsi olacaq. Bundan əlavə də uşaqlar üçün ekoloji düşüncə adlı kitabın yazılmasına start verilib. 2012-ci ildə bunu biz tender kimi elan etmişdik. 2014-cü ilin tədris ilinə biz artıq bu kitabı hazır edib verəcəyik”.

IDEA ilə Asan xidmət arasında memorandum imzaladığını xatırladan A.İsmayılovanın sözlərinə görə, əsas məqsəd əhaliyə “ASAN” xidmətləri vasitəsilə gün ərzində ətraf mühitin qorunması barəsində ən ən kiçik informasiyaları belə çatdırmaqdır.

IDEA Rəhbəri vurğulayıb ki, Gəncə şəhərindəki “ASAN” xidmət mərkəzinin də açılışında iştirak etmək niyyətindəyik.

Tədbirdə daha sonra UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxışında qeyd edib ki, “ASAN” Xidmətdə əlillər üçün də gözəl şərait yaradılıb. “ASAN Xidmət” mərkəzlərində 750 minə yaxın insana xidmət göstərilib.

Səfir vurğulayıb ki, gələcəkdə uşaq hüquqlarının müdafiə edilməsi üçün də belə bir layihənin həyata keçirilməsinin tərəfdarıyıq.

Daha sonra tədbirdə çıxış edən VXSİDA-nın sədri İnam Kərimov qeyd edib ki, “ASAN Xidmət” mərkəzlərinin göstərdiyi xidmətlərin bir qismi də uşaqların hüquqlarının müdafiəsi ilə bağlıdır. Uşaqların şəxsiyyət vəsiqəsi və pasportların verilməsi “ASAN Xidmət” mərkəzləri, eləcə də aidiyyəti dövlət qurumları tərəfindən təmin edilir".

İ.Kərimov UNİCEF-ə, IDEA təşkilatına və onun rəhbəri Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.

Qeyd edək ki, tədbirdə xüsusi foto sərgi nümayiş etdiriləcək. Qeyri-adi formatda olan bu foto sərgi UNİCEF-in Azərbaycandakı fəaliyyətinin 20 illik ildönümü münasibətilə hazırlanıb və özündə təşkilatın əsas prioritlerini əks etdirib.

Onu da qeyd edək ki, bütün “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətində uşaqlar da nəzərə alınıb. Valideynləri ilə gələn uşaqların vaxtını daha maraqlı keçirməsi məqsədilə burada uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqları yaradılıb.

Mirvari Nəcəf
Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti