Güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir

Güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir
  21 Dekabr 2019    Oxunub:3096
Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Azvision.az xəbər verir ki, millimiz “Stayki” Olimpiya İdman Kompleksində yerli komanda ilə birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək hazırlıq prosesində güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışırlar.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti