Zakir Həsənov türkiyəli generalı qəbul edib

Zakir Həsənov türkiyəli generalı qəbul edib
  18 Dekabr 2013    Oxunub:956
Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.
Qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran Müdafiə naziri, regiondakı hərbi-siyasi vəziyyət, ikitərərfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti