Türkiyə Parlamenti Liviya ilə hərbi sazişi təsdiqləyib

  21 Dekabr 2019    Oxunub : 1769
Türkiyə Parlamenti Liviya ilə hərbi sazişi təsdiqləyib
Türkiyə parlamenti Liviya hökuməti ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair qanun layihəsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, qanun layihəsi 269 səslə qəbul olunub.

Qeyd edək ki, Türkiyə ilə Liviya arasında Aralıq dənizindəki su sərhədlərini müəyyən edən anlaşma imzalanıb. Aralıq dənizində su ərazisi olan digər dövlətlər buna etiraz etsələr də, Türkiyə və Liviya mövqelərində israrlıdır.

Məsələnin digər tərəfi Aralıq dənizində karbohidrogen ehtiyatlarının axtarışı ilə bağlıdır. Türkiyə beynəlxalq hüquqa əsasən özünün milli sektoru hesab etdiyi ərazidə kəşfiyyat-axtarış işlərini davam etdirir.

Azvision.az

Teqlər: Türkiyə