Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu

  22 Dekabr 2019    Oxunub : 1564
Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu
Qvatemalanın Sakapa departamentində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 22 nəfər həlak olub. Ölənlərdən 8-i yeniyetmədir. Yaralılara yerində ilkin tibbi yardım göstərilib.

Qəzaya yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Hadisə ilə əlaqədar hər iki sürücü saxlanılıb.

Azvision.az

Teqlər: Avtobus   Qəza