Əsəbi uşaqlar müayinə olunub

Əsəbi uşaqlar müayinə olunub
  18 Dekabr 2013    Oxunub:1523
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin bir qrup mütəxəssisi Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr həyata keçiriblər.

Dövlət tərəfindən əsl valideyn qayğısı kimi əhatə olunmuş bu uşaq evində 160 dan artıq uşaq məskunlaşıb. Diaqnostika mərkəzinin mütəxəssisləri daun sindromu, autizm , fiziki və psixi geriləmə kimi xəstəliklərdən əziyyət çəkən bu uşaqlarda ən son tibbi avadanlıqlarla görmə tiri və göz dibi, uzaqdan görmə faizi və s. müayinələr aparıblar. Aşkar edilən bəzi xəstəliklər barəsində Psixonevroloji Uşaq Evinin rəhbərliyinə zəruri məlumatlar verilib, xəstəlik aşkarlanan uşaqların müalicəsi üçün müvafiq addımlar atılıb.

Xeyriyyə aksiyası digər Uşaq Evlərində də keçiriləcək.

AzVision.az




Teqlər:



Xəbər lenti