Suriyada terror təşkilatının lideri öldürülüb

  22 Dekabr 2019    Oxunub : 1393
Suriyada terror təşkilatının lideri öldürülüb
“Əl Qaidə”nin Suriyadakı əsas qollarından hesab olan “Huras əd-Din” terror qruplaşmasının lideri məhv edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu Əbu Xədicə əl-Urduni pilotsuz uçuş aparatından avtomobilə endirilən zərbə nəticəsində ölüb.

Qeyd edilib ki, əməliyyat beynəlxalq koalisiya qüvvələri tərəfindən İdlib bölgəsində həyata keçirilib.

Azvision.az

Teqlər: Suriya   Terror