Mağazadan kitab oğurlayan səfir işdən çıxarıldı

 Mağazadan kitab oğurlayan səfir işdən çıxarıldı
  23 Dekabr 2019    Oxunub:2546
Argentinada mağazaların birindən Kazanovanın tərcümeyi-halı kitabını oğurlaması ilə gündəmə gələn Meksikanın bu ölkədəki səfiri Rikardo Valero vəzifəsindən uzaqlaşdırılıb.
Azvision.az -ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Meksikanın Xarici İşlər naziri Marselo Ebrard bildirib ki, 76 yaşlı səfir sağlıq durumu ilə əlaqədar işdən çıxarılıb və hazırda nevroloji müalicə alır.

"Rikardo Valero böyük şəxsiyyətdir, nevroloji müalicə alacaq. Ona tezliklə sağalmağı arzulayıram", - deyə nazir “Twitter”də yazıb.

Xatırladaq ki, dekabrın əvvəlində səfir qiyməti 10 dollardan aşağı olan Cakomo Kazanovanın tərcümeyi-halına dair kitabı mağazadan oğurlamaq istəyərkən mühafizəçilər tərəfindən tutulub. Müşahidə kameralarında lentə alınan görüntülər yerli mediada nümayiş etdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   Kitabxana  





Xəbər lenti