`Rüşvət əməliyyatı` ilə bağlı ilk rəsmi açıqlama

`Rüşvət əməliyyatı` ilə bağlı ilk rəsmi açıqlama
  19 Dekabr 2013    Oxunub:1172
Bülənt Arınç: Türkiyədə baş verənlər hökumətin zəiflədilməsinə yönəldilib. Saxlanılanlar ifadələrində 4 nazirin adını çəkib.

Hazırda Türkiyədə baş verənlər hökumətin zəiflədilməsinə yönəldilib. AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bəyanatında deyib.

Onun sözlərinə görə, əgər hökumətdə cinayətkar qruplaşmalar varsa, onları üzə çıxarmaq lazımdır: "Bizim vəzifəmiz həmin qruplaşmaları və bu hadisələrin arxasında dayananları aşkar etməkdir".

"Sabah" qəzeti məlumat verir ki, baş nazirin müavini saxlanılanların dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adının çəkildiyini diqqətə çatdırıb.

B.Arınç bildirib ki, Baş nazirin telefon danışıqlarının dinlənilməsi məsələsi də diqqətlə araşdırılacaq.

Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.


Teqlər:  





Xəbər lenti