Poroşenko Rusiyadan qaz tədarükünə qarşı çıxdı

Poroşenko Rusiyadan qaz tədarükünə qarşı çıxdı
  23 Dekabr 2019    Oxunub:2127
“Avropa Həmrəyliyi” fraksiyası parlament tərəfindən Rusiyadan birbaşa qaz tədarükünə qarşı sanksiyalar tətbiq edilməsini, Milli təhlükəsizlik və Müdafiə Şurasının iclasının çağırmasını tələb edir.
Azvision.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti və fraksiyanın rəhbəri Petro Poroşenko bildirib.

Xatırladaq ki, ötən həftə Rusiya və Ukrayna qaz nəqlini davam etdirmək üçün protokol imzalayıblar. Moskva ilə Kiyev arasında protokolun imzalanması qarşılıqlı iddiaların yoluna qoyulmasından sonra mümkün olub.

"Qazprom"un rəhbəri Aleksey Millerin sözlərinə görə, Rusiya şirkəti Stokholm arbitrajının son qərarına əsasən, Ukraynaya təxminən 2,9 milyard dollar ödəyəcək.

"Beləliklə, tərəflərin maraqlarının tarazlığı bərpa ediləcək”, - deyə Miller bildirib.

Razılaşmaya görə, Rusiyadan Ukraynaya 2020-ci ildə 65 milyard kubmetr, 2021-2024-cü illərdə isə 40 milyard kubmetr qaz tranziti nəzərdə tutulur.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti